Türkiyə ordusu terrorçulara qarşı növbəti əməliyyat keçirib.
“Report” Türkiyənin “Anadolu” agentliyinə istinadən xəbər verir ki, məlumatı Türkiyənin Daxili İşlər Nazirliyi yayıb.
Bildirilib ki, əməliyyat cənub-şərq Şırnak vilayətinin Cudi və şərq Vanvilayətinin Tendürək dağlarında keçirilib.
Terrorçularla ordu arasında baş verən insident nəticəsində altı silahlızərərsizləşdirilib.
Əməliyyat hərbi hava qüvvələrinin dəstəyi ilə davam etdirilir.