Astara rayonunun Ərçivan qəsəbəsi ərazisində qazıntı işləri aparan şirkət “Ərçivan” qaz paylayıcı stansiyasından (QPS) qidalanan orta təzyiqli qaz xəttini zədələyib. Bu, bir qəsəbə və 8 kəndin təbii qaz təchizatının dayandırılmasına səbəb olub.

Astarainfo.az AZƏRTAC -a istinadən xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.