Avqustun 2-də Astarada Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşklatçılığı ilə şəhid ailələri, Qarabağ müharibəsi iştirakçıları və əlillərinin özünəməşğulluq proqramları haqqında məlumatlandırılması məqsədilə tədbir keçirilmişdir. Tədbirin əsas məqsədi şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranlarının məşğulluğunun artırılması və işsizliyin aradan qaldırılması istiqamətində aparılan işlər və təkliflər barəsində iştirakçıarı maarifləndirmək idi.
Tədbirdə Dövlət Sosial Müdafiə Fondundan, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən, Astara rayon İcra Hakimiyyətindən nümayəndələr, Mina Qurbanlarının Sosial-İqtisadi Problemlərinin Həllinə Kömək ictimai birliyinin sədri Məmmədhəsən Həsənov, Böyük Vətən Müharibəsi İştirakçıları təşkilatının Astara rayon filialının sədri Rafiq Əliyev, Azərbaycan QMƏVŞAİB-in Astara rayon filialının sədri Orxan Əliyev, şəhid ailələri, müharibə veteranları və əlilləri iştirak edirdilər.
Çixış edənlər özünəməşqulluq proqramına qoşulan insanlar, fərdi təsərrüfatların inkişafı üçün dövlət tərəfindən verilən subsidiyalar haqqında məlumat vermiş, dövlət tərəfindən fərdi təsərrüfat sahiblərinə göstərilən qayğıdan danışmışlar.(vetennamine.az)