Astara rayonunun Ojəkəran kənd futbol meydançasında Rayon Gənclər və İdman İdarəsi, Kijəbə bələdiyyəsinin birgə təşkilatçılığı ilə keçirilən futbol üzrə açıq turnir başa çatıb.

Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş Kənan Dadaşovun xatirəsinə həsr edilən və turnirdə 14 komanda qələbə uğrunda mübarizə aparıb.

Turnirin final mərhələsində “Şiyəkəran” və “Ojəkəran” komandaları qarşılaşıblar.

Gərgin idman mübarizəsi şəraitində davam edən final oyununda “Şiyəkəran” komandası rəqibinə 2:0 hesabı qalib gələrək turnirin qalibi olub.

Qaliblərin mükafatlandırılması mərasimində çıxış edən Astara Rayon Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev, Kijəbə bələdiyyəsinin sədri Ağadadaş Qəmbərov və başqaları xatirə turnirinin qaliblərini təbrik edərək, idmançılara yeni-yeni qələbə sevincləri arzulayıblar.

Elnur Qurbanlı

Astarainfo.az