Astara rayonunda orta məktəb müəllimi qəzaya düşüb.

Hadisə 1981-ci il təvəllüdlü Nəbiyev Ramil Seyidəhməd oğlunun Hamoyşam kəndi ərazisində özünə məxsus avtomobildə idarəetməni itirməsi nəticəsində baş verib.

Yaralı Bakıya – 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Ona çanaq və döş qəfəsinin sınığı, həmçinin bədənin müxtəlif xəsarətləri diaqnozu qoyulub.

Xəstə aidiyyəti üzrə həkim nəzarətinə götürülüb. (Report)