Bundan öncə əmək pensiyasının minimum məbləği 160 manat olub

Əmək pensiyasının minimum məbləği 200 manat məbləğində müəyyən olunub.

Prezident İlham Əliyev bununla bağlı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunu təsdiqləyib.

Əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunur.Bundan öncə əmək pensiyasının minimum məbləği 160 manat olub.(Report)