Gürcüstanın paytaxtı Tbilisidə keçirilən boks üzrə 2005-2006-cı il təvəllüdlü yeniyetmələr arasında Avropa birinciliyində Azərbaycan yığma komandasının tərkibində çıxış edən astaralı idmançı Məmmədəli Qasımov 44 kiloqram çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək qitə çempionu adını qazanıb.

Məmmədəli Qasımovu yarışa boks üzrə məşqçi-müəllim Nurlan Məmmədov hazırlaşdırıb.

Elnur Qurbanlı

Astarainfo.az