Təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin həlak olan pilotu polkovnik-leytenant Rəşad Atakişiyev dəfn edilib.

Astarainfo.az “Report” -a istinadən xəbər verir ki, vida mərasimindən sonra R.Atakişiyevin nəşi II Fəxri xiyabana gətirilib. Hərbi pilot burada torpağa tapşırılıb.

Azərbaycanın dövlət himni səsləndirilib, yaylım atəşi açılıb.

Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirovpilot R.Atakişiyevin tabutunun üzərinə sərilmiş Azərbaycanın dövlət bayrağını onun həyat yoldaşına təqdim edib.

Allah rəhmət eləsin!