Beynəlxalq Avtomobil Federasiyası “Formula 1” üzrə 2020-ci il mövsümünün təqvimini təsdiqləyib.

Qurumdan verilən məlumata görə, Azərbaycan Qran Prisi 5 – 7 iyunda keçiriləcək. Bu, paytaxtda reallaşacaq 5-ci “Formula 1” yarışı olacaq. İlk Qran Pri martın 15-də Avstraliyanın Melburn şəhərində, sonuncusu isə noyabrın 29-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə təşkil ediləcək.

Təqvimdən Almaniya mərhələsi çıxarılıb və yerinə Vyetnamla Hollandiya daxil edilib.

2020-ci il mövsümünün təqvimi:

15 mart – Avstraliya

22 mart – Bəhreyn

5 aprel – Vyetnam

19 aprel – Çin

3 may – Hollandiya

10 may – İspaniya

24 may – Monako

7 iyun – Azərbaycan

14 iyun – Kanada

28 iyun – Fransa

5 iyul – Avstriya

19 iyul – Böyük Britaniya

2 avqust – Macarıstan

30 avqust – Belçika

6 sentyabr – İtaliya

20 sentyabr – Sinqapur

27 sentyabr – Rusiya

11 oktyabr – Yaponiya

25 oktyabr – ABŞ

1 noyabr – Meksika

15 noyabr – Braziliya

29 noyabr – Abu-Dabi

Qeyd edək ki, 2019-cu il mövsümündə Bakıdakı yarış 26 – 28 apreldə keçirilib və Almaniyanın “Mercedes” komandasının pilotu Valtteri Bottas birinci yeri tutub.(xezerxeber.az)