Astara rayonundakı N saylı hərbi hissədə Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi və “Valideynlər günü” münasibətilə tədbir keçirilib.

Tədbirdə iştirak edən rayon ictimaiyyətinin nümayəndələri və valideynlər əvvəlcə sərhədçilərin məişət şəraiti ilə tanış olublar.

Tədbir iştirakçılarına Dövlət Sərhəd Xidmətinin yaranması tarixi, fəaliyyətində hərbi-vətənpərvərlik tərbiyəsinə, Vətənə, onun sərhədlərinə məhəbbət hissinin aşılanmasına yüksək diqqət yetirilməsi barədə məlumat verilib.

Görüşdə Astara Rayon Mədəniyyət Mərkəzinin “Sevinc” mahnı və rəqs ansamblı konsert proqramı ilə çıxış edib.

Tədbir çərçivəsində, həmçinin Astara Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi işçilərinin təşkilatçılığı ilə Astarada kitabxananın yaradılmasının 80 illiyi münasibətilə “Gəzən kitabxana” layihəsi çərçivəsində “Bir əsgər-bir kitab” adlı kitab sərgisi təşkil edilib. Sərhədçilərə kitab və jurnallar hədiyyə edilib.(AZƏRTAC-Bağır Əliyev)