Azərbaycanın ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul olan abituriyentlərin qeydiyyatı bu gün başa çatır. 

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, boş qalan plan yerlərinə qəbul olan abituriyentlər bu gün saat 17:00‑dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. 

Abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları ali təhsil müəssisəsindən öyrənə bilərlər. Abituriyentin təhsil müəssisəsində qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.

Bu gün eyni zamanda, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə ixtisas seçimi də başa çatır. 

İxtisas seçmək hü­ququ olan abitu­ri­yent orta ixtisas təhsili müəssisələ­rinin dövlət hesabına və ödənişli əsaslarla olan 12-yə qədər ixtisas kodu­nu seçib https://eservices.dim.gov.az/erizetex/ixtisas2/ internet ünvanında yerləşən “Abituri­yentin elektron ixtisas seçimi ərizəsi”ni doldurmalı və təsdiqləməlidir.

Boş qalan ixtisasların siyahısı “Abituriyent” jurnalının xüsusi buraxılışında təqdim olunub.

Qeyd olunan vaxta qədər elektron ərizəsini təsdiqləməyən abituriyent­lər müsabiqəyə buraxılmayacaqlar.(Report)