Astara Rayon Gənclər və İdman İdarəsinin, Yeni Azərbaycan Partiyası Astara Rayon Təşkilatı və Astara şəhər ərazi icra nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən mini futbol üzrə açıq rayon çempionatı başa çatıb.

14 gün davam edən yarışda 19 komanda 4 yarımqrupda mübarizə aparıb.

Yarımqruplarda birinci və ikinci yerləri tutan komandalar növbəti mərhələyə vəsiqə qazanıblar.

Yarımfinal mərhələsində “Ərçivan” komandası “Pensər-1” komandasına 4:0, “Mamusta” komandası isə “Veteranlar” komandasına 1:0 hesabı ilə qalib gələrək finala yüksəliblər.

Final oyununda “Ərçivan” “Mamusta” komandasından 2:0 hesabı ilə üstün olaraq, rayon çempionu adını qazanıb.

Üçüncü yerlərə “Veteranlar” və “Pensər-1” komandaları layiq görülüblər.

Qaliblərə kubok, diplom və pul mükafatı təqdim olunub.

Sahil Muradov “Ən yaxşı hücumçu”, Qəhrəman Mirzəyev “Ən yaxşı qapıçı” kimi fəxri fərmanla mükafatlandırılıblar.

Elnur Qurbanlı

Astarainfo.az