Sentyabr 21-i bütün ölkələrdə “Beynəlxalq Sülh Günü” kimi qeyd olunur. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanovanın təşəbbüsü ilə hər il ənənəvi olaraq, avqustun 21-dən sentyabrın 21-dək Azərbaycanda “Sülh aylığı” keçirilir.
“Sülh aylığı” çərçivəsində növbəti tədbir Astarada baş tutub.
Tədbir Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi, Astara Rayon İcra Hakimiyyəti və İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Cəlilabad Regional Mərkəzinin birgə təşkilatçılığı ilə Rayon Mərkəzi Kitabxanasında keçirilib.
Tədbirdə çıxış edən DQİDK-nin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Turan Həsənzadə, Astara Rayon İcra Hakimiyyətinin məsul işçisi Tural Eyvazov, Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Lənkəran Dövlət Universitetinin dosenti Natiq Mirzəyev çıxışlarında Ombudsmanın təşəbbüsü ilə “Sülh aylığı” çərçivəsində görülən işlər və keçirilən tədbirlər haqqında iştirakçıları məlumatlandırıblar.
Çıxış edənlər ölkəmizdə müxtəlif xalqların və dinlərin nümayəndələri arasında hökm sürən sülh, həmrəylik münasibətlərindən və vəhdətin mövcudluğundan danışıblar.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.(AZƏRTAC-Bağır Əliyev)