Heydər Əliyev Mərkəzində 12 Dekabr Ulu Heydər Əliyevin anım gününə həsr olunmuş “Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərini unutmur və heç vaxt unutmayacaq” mövzusunda tarix dərsləri və sərgi keçirilmişdir.

Tarix dərslərində şəhər 2 saylı, Pensər kənd 1 saylı, Ərçivan qəsəbə 3 saylı, Maşxan və  Süvi kənd tam orta məktəblərinin müəllimləri və şagirdləri iştirak etmişlər.

Tarix dərslərini giriş sözü ilə Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova açıq elan edib. Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Astara rayon Heydər Əliyev Mərkəzinin fondunun baş mühafizi Elza Kazımova, bələdçi Cəmalə Məmmədova və kargüzar Aygün Rufulayeva məruzə edərək  Müstəqil Azərbaycan Respublikasında dövlət quruculuğu sahəsində Ulu Öndər Heydər Əliyevin genişmiqyaslı gərgin fəaliyyətindən danışıblar.Ulu Öndər Heydər Əliyev tərəfindən qorunub saxlanılan müstəqilliyimiz bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının rəhbərliyi ilə daha da möhkəmləndirilir və inkşaf etdirilir. Bütün bunlar bir daha deməyə əsas verir ki, Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir .

Mövzu ilə bağlı Astara şəhər 2 saylı tam orta məktəbin müəlliməsi Nuranə Dadaşova çıxış edib, həmin məktəbin VII sinif şagirdi İkram Məmmədzadə “Azərbaycan” şerini söyləyib, Pensər kənd 1 saylı tam orta məktəbin tarix müəllimləri Risalə Əhmədzadə və Royal Əliyev, Ərçivan qə-səbə tam orta məktəbin tarix müəlliməsi Nuranə Həmidova, Maşxan kənd tam orta məktəbin tarix müəllimləri Orxan Rzayev və Günəş Kərimova çıxış ediblər.

Tarix dərslərində “Dahi şəxsiyyət” və “Heydər Əliyev və müasir Azərbaycan” adlı filmlər nümayiş olunmuşdur.

Sonda tədbir iştirakçıları “Elektron kitabxana”da saxlanılan kitablardan ibarət sərgiyə baxış keçiriblər.                                                                                         “ASTARA”