Ölkə prezidentinin  2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında Sərəncamına uyğun olaraq il boyu keçirilən silsilə tədbirlər davam edir. 

    Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü çərçivəsində ölkəmizin bütün regionlarında, eyni vaxtda  ağac əkilməsinə start verilib. “Təbiətə öz töhfəni ver” devizi altında keçirilən kampaniya çərçivəsində ölkəmizdə bu vaxta qədər baş verməmiş hadisə reallaşıb, bir gündə 650 min ağac əkilib.

Ağacların əkiləcəyi ərazilərdə əvvəlcədən şum aparılıb, arxlar çəkilib, çalalar qazılıb və sahələrə gübrə verilərək əkinə hazırlanıb.6 dekabr 2019cu il tarixdə bütün rayonlarda olduğu kimi rayonumuzda da ağacəkmə kampaniyası keçirilmişdir.

Dahi şair İmadəddin Nəsiminin dünya əhəmiyyətli poeziyasının beynəlxalq aləmdə təbliği, xatirəsinin əbədiləşdirilməsi, Azərbaycanın ədəbi və mədəni irsinin tanıdılması məqsədi daşıyan ağacəkmə kompaniyasında, Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev başda olmaqla, rayonun bütün idarə, müəssisə, təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər.

Aksiya iştirakçıları bu təşəbbüsü sevinclə qarşılayaraq xoş təəssüratlarını bildiriblər.

Dövlət Aqrar inkişaf mərkəzinin direktoru- Etibar Abbasov ,şəhər 3 saylı məktəbin direktoru Adil Rzayev, rayon Telekomunikasiya qovşağının məsul işçisi- Əbülfət İbadov çıxış edərək bu gözəl təşəbbüsə görə Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildirmişlər.

          Məlumat üçün bildirək  ki,Ələt-Astara avtomobil yolu boyunca geniş bir ərazidə 4000 ədəd ağacın – dəmirağac, akasiya, birgöz, badam, tuya, sərv və şam ağaclarının əkilməsi həm də ölkəmizdə ekoloji mühitin sağlamlaşdırılmasından ötrü  böyük töhfədir.

                                                                                         “ASTARA”