İran İslam Respublikasının paytaxtı Tehran şəhərində keçirilən Sərbəst güləş üzrə yeniyetmə güləşçilər arasında “Day of children” beynəlxalq turnirində Azərbaycan yığma komandasının tərkibində astaralı idmançı Ramiq Heybətov ( 57 kq ) bürünc medal qazanmışdır.
Yarımfinal öncəsi görüşdə həmyerlimiz Ermənistanlı rəqibini 19: 6 hesabı ilə məğlub edərək turnirin yarımfinal mərhələsinə mübarizə şansı qazanmış və yekunda III yeri qazanaraq bürünc medala sahib olmuşdur.
Qeyd edək ki, idmançımız Ramiq Heybətov Astara Olimpiya İdman Kompleksində təlim məşqlər keçir və onu yarışa Sərbəst güləş üzrə məşqçi Nizami Axundov hazırlamışdır.
16 dekabr 2019-cu il tarixdə Astara Rayon Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev idmançının məşqçisi ilə idarədə görüş keçirmiş, qazanılan qələbə münasibəti ilə onları təbrik etmişdir və qərara alınmışdır ki, həftə ərzində idmançı və məşqçi ilə rayon gənclərinin görüşü keçirilsin.