Astara Pedaqoji Kollecində Astara rayon Gənclər və İdman İdarəsi, 77 saylı Astara Seçki Dairəsi, Müharibə,Əmək,silahlı Qüvvələr və Hüquq  Mühafizə Orqanları Veteranları Şurası Astara rayon təşkilatı və Astara  Pedaqoji Kollecinin birgə təşkilatçılığı ilə  “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının Tədbirlər Planının 5.7.3 yarımbəndinin (Gənclər arasında seçki prosesinin və seçkilərdə iştirakın təbliği, ilk dəfə səs verən gənc seçicilər arasında maarifləndirmə işinin təşkili) icrasını təmin etmək məqsədi ilə gənclər , xüsusi ilə ilk dəfə səsverənlər arasında maarifləndirmə işinin aparılması, həmçinin gənclərin seçkilərdə fəallığının təmin edilməsi üçün  Azərbaycanda 23 dekabr 2019-cu il tarixli Bələdiyyə  seçkilərində ilk dəfə səs verəcək  gənclər üçün “Mən ilk dəfə səs verirəm” mövsuzunda seminar keçirilmişdir.

       Tədbirdə çıxış edən Astara Pedaqoji Kollecinin direktoru Ağababa İbrahimov, Astara Rayon Gənclər və İdman idarəsinin rəisi Ərçə Əliyev, 77 saylı Astara Dairə Seçki Komissiyasının katibi Gülhəsən Mirzəyev, Müharibə,Əmək,silahlı Qüvvələr və Hüquq  Mühafizə Orqanları Veteranları Şurası Astara rayon təşkilatı sədri Rafiq Əliyev “Konstitusiyada seçki hüququnun əsasları”, “Seçki məcəlləsində əsas terminlər”, “Seçki hüququ və onun əsas növləri”, “Seçki sistemi”, “Seçki hüququnun əsas prinsipləri”, “Seçki prosesi və onun mərhələləri”, “Vətəndaşlıq və vətənpərvərlik”   mövzularında gənclərə ətraflı məlumatlar verilmiş, iştirakçılara Gənclər və İdman İdarəsi tərəfindən hazırlanan maarifləndirici bukletlər paylanılmışdır.

        Tədbirdə 205 nəfərdən çox gənc iştirak etmişdir.

        Sonda tədbir  iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.

        Hazırladılar:  İqrar Cəfərov, Astara RGİİ-nin rəis müavini,

                              Rufan Şirinov, Astara RGİİ-nin aparıcı məsləhətçisi.