19 dekabr 2019-cu il tarixdə Gənclər və İdman Nazirliyinin 14-29 yaşlı gənclər arasında “Qış möcüzəsi” adlı fotomarafonunda Astara rayon gəncləri də iştirak etmişlər.Fotolar mobil telefonla çəkilərək whatsapp vasitəsilə Astara Rayon Gənclər və İdman İdarəsinə göndərilmişdir.Daha sonra fotoşəkillər elekron formada Gənclər və Idman Nazirliyinə göndərilmişdir.Fotomarfonun məqsədi gənclər arasında foto sənətinə marağın artırılması, bu sahədə yeni istedadların aşkar edilməsi,ətraf aləmin gənclər tərəfindən estetik dərk edilməsinin təşviqi olmuşdur.

        Öncə 17 dekabr 2019-cu il tarixdə Astara Rayon Gənclər və İdman İdarəsində fotomarafonun təyin olunmuş qaydalarına uyğun olaraq iştirakçıların maarifləndirilməsi, qeydiyyatı, püskatma ilə mövzu seçimi və sıra sayının təyini məqsədilə gənc fotoqrafların yığıncağı keçirilmişdir. Püskatma nəticəsində hər bir iştirakçı üçün “Mənzərə”, “Memarlıq”, “Portret”, “Atributlar”, “Mətbəx”,”Yeni il nəfəsi”, ”Kənd həyatı” mövzularından biri  təyin olunmuşdur.Fotomarafonda 37 nəfər gənc qeydiyyatdan keçmişdir.

      “Qış möcüzəsi” adlı ümumrespublika fotomarafonunda Astara rayon gənclərinin çəkdikləri fotoşəkillərin Gənclər və İdman Nazirliyi tərəfindən yaradlan münsiflər heyəti tərəfindən qiymətləndirilməsindən sonra  qazanılan nəticələr barədə məlumat veriləcəkdir.