Türkiyənin Böyük Millət Məclisi Liviyanın Milli Razılıq Hökuməti ilə hərbi sahədə əməkdaşlıq haqqında memorandumu təsdiqləyib.

Bu barədə “Report” Türkiyə mətbuatına istinadən xəbər verir.

Qeyd edilir ki, səsvermənin nəticələrinə əsasən sənəd parlament tərəfindən qəbul edilib. Səsvermədə iştirak etmiş 395 deputatdan 268-i razılaşmanı dəstəkləyib. Memorandum qüvvəyə minmək üçün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmalıdır.

İki ölkə arasında memorandum noyabrın 28-də imzalanıb. İstanbulda Türkiyə və Tripoli rəsmiləri tərəfindən imzalanan qarşılıqlı anlaşma memorandumunun birinci maddəsi hərbi əməkdaşlığın qaydaya salınmasını nəzərdə tutur. Sənədin ikinci maddəsi ölkələr arasında dəniz zonalarının ayrılmasını ehtiva edir.(Report.az)