14-15 dekabr 2019-cu il tarixlərdə Bakı  şəhərində keçirilən Sərbəst güləş üzrə 2005-2006-cı il  təvəllüdlü  yeniyetmə güləşçilər arasında “Zirvə” Beynəlxalq İdman Klublararası açıq birinciliyində Azərbaycan yığma komandasının tərkibində astaralı idmançı Musa Ağayev Məhərrəm oğlu ( 52 kq ) qızıl medal qazanıb.

Yarışda Azərbaycan,Türkiyə,İran, Rusiya və Gürcüstanı təmsil edən 400-dən artıq yeniyetmə idmançı mübarizə aparıb.

Qeyd edək ki, idmançımız Musa Ağayev Astara Uşaq Gənclər İdman Şahmat Məktəbinin şagirdidir və onu yarışa  Sərbəst güləş üzrə “Azərbaycan Respublikasının Əməkdar məşqçisi” Məhərrəm Ağayev hazırlayıb.

21 dekabr 2019-cu il tarixdə Astara Rayon Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev idmançı və onun məşqçisi ilə idarədə görüş keçiribqazanılan qələbə münasibəti ilə onları təbrik etmiş, birgə xatirə şəkli çəkilmişdir.