Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə respublikanın bütün rayonlarının ucqar ərazilərində olduğu kimi Astara rayonunun da dağlıq və ucqar ərazisində yerləşən Qəcimardə kənd ümumi orta məktəbində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilmişdir.

Tədbirin açılış mərasimində Qəcimardə kənd ümumi orta məktəbin direktoru Aydın Lətifov, Astara Rayon Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev çıxıs edərək ölkəmizdə həyata keçirilən sosial–iqtisadi islahatlar, quruculuq işləri,uşaq və gənclərə göstərilən dövlət qayğısı,onların təhsili,mədəniyyəti,fiziki inkişafı sahəsinə və mənəvi tərbiyəsinə xüsusi diqqətin olduğu qeyd olunmuş, Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə tədbir iştirakçılarını təbrik etmişlər.

Tədbirdə Gənclər və İdman Nazirliyi tərəfindən Astara rayonuna ucqar kəndlərinin ibtidai sinif şagirdləri üçün göndərilmiş hədiyyələr Yeni ilin və qışın daxil olmasının simvolu olan “Şaxta baba” tərəfindən 100 nəfər ibtidai sinif şagirdlərinə paylanmışdır.

Yekunda Qəcimardə kənd ümumi orta məktəbin ibtidai sinif müəllimləri və uşaqların valideynləri göndərilən sovqata görə Gənclər və İdman Nazirliyinə təşəkkürlərini bildirmişlər.

Tədbirdə ümumən 155 nəfər iştirak etmişdir.