YAP Astara rayon təşkilatında 09 fevral 2020-ci il tarixdə keçiriləcək parlament seçkləri ilə əlaqədar dairə və məntəqələr üzrə Yeni Azərbaycan Partiyası tərəfindən təyin olunmuş müşahidəçilərlə treninq keçirilmişdir.

Tədbiri YAP Astara rayon təşkilatının sədri Firudin Əhmədov açaraq,09 fevral 2020-ci ildə keçiriləcək parlament seçkilərində daha aktiv olmalarını qeyd etdi. Bu məsələ ilə bağlı müşahidəçilərdən Rafiq Əliyev,Kamil Kamilov,Fazil Məmmədov çıxış edərək seçkidə şəffav müşahidə aparmaq hər bir Azərbaycan vətəndaşının borcu olduğunu bildirdilər.

Astara rayonu Ərçivan qəsəbəsində də 09 fevral 2020-ci ildə keçiriləcək Milli Məclisə seçkilərlə əlqaədar olaraq Yeni Azərbaycan Partiyası namizədi olan Rəşad Mahmudovla görüş keçirildi.Görüşü giriş sözü ilə YAP Astara rayon təşkilatının sədri Firudin Əhmədov açıq elan edərək bildirdi ki, ölkəmizdə keçirilən seçkilər hər zaman mühüm siyasi hadisə kimi cəmiyyətimizin diqqət mərkəzindədir.F.Əhmədov qeyd etdi ki,ölkəmiz yüksək inkişaf yolu keçmişdir.Bütün Azərbaycanda olduğu kimi,Astara rayonunda da böyük işlər görülmüşdür.

Görüşdə çıxış edən Sakitə Əliyeva,Heybət Süleymanov,Mehman Quliyev, Aslan Ağayev qəsəbə seçiciləri adından bildirdilər ki, parlament seçkilərində fəal iştirak edəcək Yeni Azərbaycan Partiyası namizədi olan Rəşad Mahmudova ses verəcəklər.