Astara rayonunun Rüdəkənar kənd ümumi orta məktəbində Astara rayon Gənclər və İdman İdarəsinin təsdiq etdiyi əsasnaməyə uyğun olaraq 20 yanvar Şəhidlərinin xatirəsinə həsr olnmuş uşaqlar, yeniyetmələr və gənclər arasında Kyokuşin karate döyüş növü üzrə Astara rayonun açıq turniri keçirilmişdir.

Tədbirin açılış mərasimində çıxış edən Rayon Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev Kyokuşin karate döyüş növü üzrə rayonumuzda təlim məşqlərin müntəzəm olaraq keçirildiyini, idmançılarımızın respublika yarışlarında yüksək nəticələrə nailı olduqlarını qeyd etmiş,yarışın məqsədinin 1990-cı il 20 yanvar faciənin 30 illiyinin qeyd olunması, Azərbaycanın Respublikasının azadlığı və müstəqilliyi uğrunda Şəhid olan həmvətənlərimizin xatirəsinin yad edilməsi, gənclər arasında dövlətçıilik rühunun, vətənpərvərlik tərbiyəsinin təbliği və tərənnüm edilməsi, Bədən tərbiyəsi və idman haqqında Azərbaycan Respublikası Qanununun müvafiq maddələrinin yerinə yetirilməsi, idmançılarımızın fiziki hazırlıq səviyyələrinin yüksəldilməsi, idman növünün kütləviliyinin inkişaf etdirilməsi olduğunu bildirmişdir.

Daha sonra çıxış edən Azərbaycan Kyokuşin Karate Federasiyasının Yeniyetmələrdən ibarət yığma komandasının məşqçisi Əli Ağalarov , Astara rayon Rüdəkənar kənd ümumi orta məktəbinin direktoru Rəvanə Baxşiyeva ölkəmizdə idmana göstərilən diqqət və qayğıdan, Azərbaycan dövlətçiliyin tarixi günlərinin qeyd edilməsinin gənclərin dövlətşilik məfkurəsinin yüksəldilməsində və vətənpərvlik tərbiyəsindəki önəmindən bəhs etmiş və idmançılara uğurlar arzulamışlar.

Yarışda Astara rayon, Masallı rayon və Bakı şəhərinin “Atilla” klubu komandalarını təmsil edən 60 nəfər idmançı fəxri yerlər uğrunda mübarizə aparmışlar.

Sonda müxtəlif çəki dərəcələrində I, II və III yerləri qazanan idmançılar Rayon Gənclər və İdman İdarəsinin və Azərbaycan Kyokuşin Karate Federasiyasının diplomları və medalları ilə təltif olunmuşlar.

Yekunda tədbir iştirakçılarının birgə xatirə şəkilləri çəkilmişdir.