Astara Gənclər Evində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə yardımı ilə 2019-cu ildə 13-cü qrant müsabiqəsinin qalibi, könüllü gənc Nilufər Mahmudzadənin “Uğurlu karyera könüllülükdən başlayır” layihəsi çərçivəsində təlim keçirilmişdir. Təlimdə 25 nəfər könüllü gənc müəllim,tələbələr, məktəb şagirdləri, ictimai-fəal gənclər və nümayəndələr iştirak edib.

Tədbirin açılış mərasimində çıxış edən Astara rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Rufan Şirinov AR Prezidentinin 30 dekabr 2019-cu il sərəncamı ilə 2020-ci ilin “Könüllülər ili” elan edilməsi, Gənclər siyasəti haqqında Azərbaycan Respublikasının Qanunu, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin inkişaf strategiyası”, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı haqqında məlumatlar vermişdir. Qeyd olunmuşdur ki, layihə gənclərin könüllülük fəaliyyətinə təşviq edilməsi, həm də regionda gənclərin könüllülük fəaliyyətinə qoşulması baxımından mühüm əhəmiyyət kəsb edir.

Sonra layihəsinin rəhbəri Nilufər Mahmudzadə,layihənin koordinatoru Elbəy Fətəliyev çıxış edərək Azərbaycan Respublikasının Gənclər Fondu, layihə haqqında məlumat verib və layihənin həyata keçirilməsində məqsədin könüllülük fəaliyyətinin gənclər arasında təbliğ etmək, onları bu sahədə maarifləndirmək olduğunu bildirib.Qeyd olunub ki, vaxtilə ölkədə həyata keçirilən irimiqyaslı layihələrdə, eləcə də müxtəlif təşkilatlarda könüllü kimi fəaliyyətə başlayan gənclər könüllülüyün onlara verdiyi bilik və təcrübə sahəsində bu gün müxtəlif qrumlarda məsul vəzifələrdə çalışmaqla vətənə xidmət edirlər. Könüllü gənclərin bir sıra idarə və müəssisələrdə, eləcə də gənclər təşkilatlarında yaradılan könüllülük proqramlarına müraciət etmələri tövsiyyə olunub.

Daha sonra layihənin təlimçisi Rafət Şirəliyev könüllülük fəaliyyəti, könüllülüyün istiqamətləri, bu sahəni tənzimləyən qanunvericvilik bazası, könüllülük sahəsində yerli və beynəlxaq təcrübə haqqında gəncləri məlumatlandırdı. Layihənin həyata keçiriməsində əsas məqsəd könüllülük fəaliyyətini gənclər arasında təbliğ etmək,layihədə iştirak edəcək gənclərin özlərinin vasitəsilə könüllülüyün daha geniş miqyasda təbliğatını aparmaq,gəncləri cəmiyyətin elmi, mədəni və sosial həyatında iştiraka və könüllü fəaliyyətlərə həvəsləndirməkdir.

Tədbirin açılış mərasimində Astara Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Tural Eyvazov,Astara RGİİ-nin rəis müavini İqrar Cəfərov, Astara Rayon Təhsil Şöbəsinin məsləhətçiləri Vüqar Şahbazzadə,Vüsal Rzayev,metodistləri Rusif Rzayev, Fəxrəddin Əskərzadə , operator Hüsniyyə Əliyeva iştirak etmişlər

Qeyd edək ki, layihənin növbəti təlim kursları Lənkəran,Masallı rayonlarında keçiriləcəkdir.