Çin Xalq Respublikasının sədri Si Szinpin koronavirusun yayılmasına qarşı qəbul edilmiş tədbirlər haqqında məqalə yazıb.

“Report”un məlumatına görə, Çin rəhbəri hazırda epidemiyaya əks təsir üzrə Mərkəzi lider qrupunun işini davam etdirdiyini bildirib.

O, vurğulayıb ki, müvafiq departamentlər öz vəzifələrini yerinə yetirir, hərbçilər yerli epidemiya profilkaktikasına və mübarizəyə fəal dəstək verirlər.

Yeni koronavirusun profilaktikası haqqında və ona qarşı mübarizə haqqında birinci sərəncam 7 yanvar 2020-ci il Si Szinpin tərəfindən verilib. Bundan sonra, yanvarın 20-də epidemiyaya qarşı profilaktika və mübarizə üzrə xüsusi təlimat dərc edilib. Çin Xalq Respublikasının sədri təlimatda ölkə hakimiyyətini təhlükəsizliyə və vətəndaşların sağlamlığına xüsusi diqqət ayırmağa çağırıb.