Astara rayon Şahağacı kənd Folklor Evində Astara Rayon Polis Şöbəsinin təşəbbüsü, Astara Rayon İcra Hakimiyyəti, Astara Rayon Təhsil Şöbəsi, Astara Rayon Gənclər və İdman İdarəsi, “Astara Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsi, Müharibə ,Əmək,Silahlı Qüvvələr və Hüquq Mühafizə Orqanları Veteranları Şurasının Astara rayon təşkilatı, Astara “Qum” məscidi birgə təşkilatçılığı ilə Şahağacı kənd 1 və 2 saylı, Şiyəkaran kənd 1 və 2 saylı, Kakalos kənd tam orta məktəblərinin pedaqoji kollektivi və yuxarı sinif şagirdləri,valideynlərin iştirakı ilə “Narkomaniyaya yox deyək”, “Dini radikalizmə qarşı mübarizə”, “Erkən nigah və onun fəsadları” mövzularında tədbir keçirilib.

Tədbiri giriş sözü ilə Astara Rayon Təhsil Şöbəsinin məsləhətçisi Vüqar Şahbazzadə açıq elan etmiş, belə tədbirlərin rayonumuz üçün önəmini vurğulamışdır. Daha sonra Astara Rayon Polis Şöbəsinin Təşkilati inspeksiya qrupunun baş inspektoru, polis baş leytenantı Ceyhun Abdulov mövzular ilə bağlı ətraflı məruzə etmiş, Polis Şöbəsinin bu sahədə göstərdiyi fəaliyyət, gördüyü işlər haqında məlumat vermişdir.

Sonra çıxış edənlər,“Astara Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsinin direktor müavini Oktay Əmənullayev, Astara Rayon icra Hakimiyyəti başçısının müavini,İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Firəngiz Sadıxova, Astara Rayon Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev, Müharibə ,Əmək,Silahlı Qüvvələr və Hüquq Mühafizə Orqanları Veteranları Şurasının sədri Rafiq Əliyev, Astara rayonun mərkəzi “Qum ” məscidinin axundu Hacı İlqar Həsənov, Astara Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Azər Cahangirov keçirilən maarifləndirmə tədbirlərini yüksək qiymətləndirmiş və qeyd etmişdirlər ki, əsrin bəlası olan narkomaniyaya,eləcə də dini radikalizm və erkən nigaha qarşı mübarizəni təmin etmək məqsədilə maarifləndirmə tədbirlərinin keçirilməsi mühüm əhəmiyyətə malikdir. Biz hər birimiz çalışmalıyıq ki, yetişən gənc nəsil sağlam böyüsün, valideynlərinin etimadını doğrultsun, Vətənə layiqli övlad olsun. Məktəb kollektivlərində izahat və maarifləndirmə işləri müntəzəm aparılmalıdır. Aparılan məqsədyönlü tədbirlər nəticəsində Astarada narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi,dini radikalizm və erkən nigah halları əvvəlki illərlə müqayisədə aşağı düşüb. Bunun əsas səbəblərindən biri rayon ərazisində aparılan maarifləndirmə işi və görüşlərin keçirilməsidir. Ona görə də bu istiqamətdə işlər bundan sonra da davam etdiriləcək.

Tədbirdə məktəblilər,müəllimlər,valideynlər,məktəb rəhbərləri, nümayəndələr cəmi 205 nəfər iştirak etmişlər.

Sonda Astara Rayon Polis Şöbəsinin hazırladığı video-rolik nümayiş olunmuş,tədbir iştirakçılarının sualları cavablandırılmışdır.