Gürcüstanda koronavirusa ilk yoluxma halı qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Məcburi Köçkünlərin İşləri, Əmək, Səhiyyə və Sosial Müdafiə naziri Yekaterina Tikaradze fevralın 26-da, axşam saatlarında keçirdiyi fövqəladə brifinqdə məlumat verib.
Nazirin sözlərinə görə, koronavirus İrandan gələn Gürcüstan vətəndaşında aşkarlanıb. İrandan Gürcüstana Azərbaycan ərazisindən keçməklə gələn həmin şəxs infeksion xəstəliklər xəstəxanasına yerləşdirilib.