Türkiyə və Azərbaycan sənaye mülkiyyətinin mühafizəsi üzrə əməkdaşlıq edəcək.
Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Türkiyə sənaye və texnologiya nazirliyinin Patent və Əmtəə nişanları qurumundan bildiriblər.
Məlumata görə, sənaye mülkiyyətinin mühafizəsi üzrə əməkdaşlıq çərçivəsində iki ölkə arasında yeni saziş imzalanacaq.
Bununla yanaşı, Türkiyə Patent və Əmtəə nişanları qurumu və Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi arasında yeni Anlaşma memorandumu və eyni zamanda birgə fəaliyyət planı imzalanacaq.
Qeyd olunub ki, əməkdaşlıq 2020-2022-ci illəri əhatə edir.