ran prezidentinin köməkçisi Mahmud Vaezi, Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və Türkiyənin ticarət naziri Ruhsar Pekcan mövcud şəraitdə koronavirusun yayılması ilə əlaqədar qarşılıqlı ticarətin təşviq olunması yollarını müzakirə ediblər.
“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.
Məlumata görə, telefon danışığı zamanı tərəflər ölkələr arasında yüklərin dəmir yolu, dəniz və quru yolu ilə daşınması ilə əlaqədar yaranan problemlərin həllinin sürətləndirilməsi yolları barədə fikir mübadiləsi aparıblar.
Onlar yaranmış problemlərin dərhal aradan qaldırılması və müəyyənləşdirilmiş tibbi protokol əsasında ticarət və tranzit daşımalarını asanlaşdırmaq barədə razılığa gəliblər.
Həmçinin Azərbaycanın Baş nazirinin müavini və İran rəsmisi Türkmənistan sərhəddində qalan İran markalı yük avtomobillərin problemlərindən danışıblar.
Bundan başqa, İran və Türkiyə rəsmiləri Türkiyə-Bolqarıstan sərhədində saxlanılan tez xarab olan malları daşıyan yük avtomobillərin cənuba Mersin limanına yönəldilməsi imkanlarını müzakirə ediblər.
Tərəflər sağlamlıq və gigiyena protokoluna uyğun olaraq, tez xarab olan malları daşıyan yük maşınlarının üzləşdiyi problemlərin həll edilməsi və ölkələr arasında malların daşınmasının davam etdirilməsi barədə razılığa gəliblər.