Yeni növ koronavirusun yayılması ilə bağlı baş verən vəziyyətlə əlaqədar Azərbaycanın Almaniyadakı səfirliyində “qaynar xətt” yaradılıb.

Milli.Az matc.az-a istinadən bildirir ki, Almaniya ərazisində səfərdə olan Azərbaycan vətəndaşlarına, həmçinin təcili konsulluq xidmətlərinə ehtiyacı olan bütün şəxslərə +493021916158 nömrəsi vasitəsilə “qaynar xətt”ə müraciət etmək tövsiyə olunur.