ABŞ Müdafiə nazirliyi hazırda 10 hərbi qulluqçusunun koronavirusa yoluxduğunu açqılayıb.

“Fox News” kanalının məlumatına görə, nazirlik bundan başqa idarənin bir mülki işçisinin, habelə onun ailəsindən 10 nəfərin də infeksiyaya məruz qalıdğını təsdiqləyib.

Pentaqon bu səbəbdən tabeliyində olan bütün hərbi və mülki kadrların ölkə ərazisində səyahətini yasaqlayıb. Müdafiə nazirliyinin əsas binasında infeksiya halının mövcud olub-olmadığı barədə isə heç bir məlumat yoxdur.

Milli.Az musavat.com-a istinadən bildirir ki, ABŞ mətbuatı ordunun Kaliforniya ştatındakı Miramar bazasında iki hərbi qulluqçunun koronaviruslu olduğunu xəbər edib. Onların hər ikisi karantin altındadır. Nazirliyin nümayəndəsi kapitan Metyu Qreqori bazadakı digər hərbi qulluqçuların da xəstələnməsini istisna etməyib.

İsrail isə antiterror izləmə vasitələrindən koronaviruslu xəstələrin yaxalanması üçün istifadə etmək niyyətindədir. Bundan başqa vətəndaşlaırn iqtisadi sahədəki fəaliyyətləri də ciddi surətdə məhdudlaşdırılır.

“Reuters”in xəbərinə görə, bu barədə ölkə jurnalistlərinə baş nazir Benyamin Netanyahu məlumat verib.

O, viruslu xəstələrlə təmasda olmuş insanların kibertexnologiyalar yolu ilə müəyyən edilib yaxalanacağını söyləyib.

İsraildə bu gün mağaza, otel, restoran və teatrlar qapadılıb.

Bu arada Ukraynanın keçmş baş naziri Arseniy Yatsenyuk tibbi maskada və olduqca xəstə bir halda paytaxt Kiyevdə yerləşən “Boris” klinikasına gətirilib.

Ukrayna mediasının məlumatına görə, A.Yatsenyukun “Toyota Sequoia” markalı avtmobili xəstəxananın “qara çıxışı”ında görünüb. Keçmiş baş nazirin maşından güc-bəla ilə düşdüyü müşahidə edilib.