#TƏHSİL

Təhsil Nazirliyinin dəstəyi ilə “Mədəniyyət” kanalında yayımlanan “Dərs vaxtı” proqramının 18 mart üçün nəzərdə tutulan teledərslərin cədvəli açıqlanıb.

Nazirlikdən Astarainfo.az-a verilən məlumata görə, teledərslər saat 10:00-da başlayacaq.

Qeyd edək ki, “Mədəniyyət” və “ARB Günəş” kanallarında yayımlanan “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər bu imkanı Təhsil Nazirliyinin elektron resursları ilə qazana bilərlər.

Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir.