2019-cu ilin dekabr ayında Çinin Uhan şəhərindən yayılmağa başlayan yeni növ koronavirus bir çox sahələrlə yanaşı dünya iqtisadiyyatına da ciddi təsir göstərdi. Buna görə də müxtəlif sektorlar milyardlarla dollar zərər edib. Dünyanın qabaqcıl ölkələri sözügedən virusun qarşısını almaq üçün bir sıra tədbirlər görməklə yanaşı öz vətəndaşlarına yardım məqsədilə investisiya paketləri hazırlayıblar.
Astarainfo.az  vətəndaşlarına yardım edən və tədbirlər planını açıqlayan ölkələrin siyahısını təqdim edir:

ABŞ
ABŞ-da koronavirusa qarşı görülən iqtisadi tədbirlər çərçivəsində, Maliyyə naziri Steven Mnuçin, tədbirlər planını Senata təqdim ediklərini açıqlayıb. Bildirilir ki, sözügedən planın dəyəri 850 milyard – 1,2 trilyon dollar arasında olacaq.

Plana aşağıdakılar daxildir:
– Vətəndaşlara 1000 dollar yardım;
– Kiçik və orta şirkətlərə 200-300 milyard dollar dəstək;
– Hava yolu şirkətlərinə 50-100 milyard dollar dəstək;
– 500 milyard dollar vergi endirimi.

Almaniya
Almaniya, koronavirusa qarşı böyük bir investisiya paketi təqdim edən ölkələrdən biridir. Paketin həcmi təxminən 550 milyard avrodur. Qaydalara əsasən kredit bütün şirkətlərə ölçüsündən asılı olmayaraq veriləcək.

Paketə daxildir:
– Vergidə endirimlər olacaq;
– İşdən çıxarılmaların qarşısını almaq üçün kompensasiya ödəniləcək;
– Dövlət və ya dövlət idarələrinin çətinlikdə olan şirkətlərin hissələri satın alınacaq;
– Dövlət sərmayələri artırılacaq.

İngiltərə  
İngiltərə hökuməti də iqtisadiyyata 350 milyard funt sterlinq dəyərində bir investisiya paketi hazırlayıb.
Paketə daxildir:
– Hökumət böyük şirkətlərin səhmlərini satın alacaq, beləliklə də, nağd ödənişlər təmin ediləcək;
– Kiçik və orta müəssisələrə 5 milyon funt sterlinq, altı ay faizsiz kredit veriləcək;
– 2020-ci ildə turizm və xidmət sektoruna tətbiq olunan vergilər qaldırılacaq və bununla da bu sektorda çalışan təxminən 6 milyon insanın təhlükəsizliyi təmin ediləcək;
– Ölkənin ən kiçik 700 min firmasına 10 min sterlinq vəsait bağışlanacaq;
– İpoteka ödənişləri üç ay müddətinə dayandırılacaq.

Fransa 
Fransa tərəfindən elan edilən tədbirlər paketinin həcmi 345 milyard avroya çatıb. Belə ki, nəzərdə tutulan məbləğin 300 milyard avrosu kredit üçün nəzərdə tutulub, 45 milyard avro isə müvəqqəti işdən azad olunan əhali üçün istifadə ediləcək. Təşviq paketinə əsasən dövlət bəzi şirkətləri də satın ala bilər. Bundan başqa lazım gəldikdə əhali təbii qaz, elektrik enerjisi  və kirayə ödənişlərdən azad olunacaq.

Digər ölkələrin hazırladığı investisiya planının dəyəri:
İtaliya – 25 milyard avro
İspaniya – 100 milyard avro
Rusiya – 4 milyard avro
Norveç – 10 milyard dollar
İsveç – 31 milyard dollar
Türkiyə – 100 milyard TL