Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə tam riayət olunmasından ötrü Rayon İcra Hakimiyyətinin rəhbərliyi ilə gücləndirilmiş iş rejimində çalışan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşlarından əlavə Mənzil Kommunal Tikinti Təsərrüfatı İctimai Birliyinin işçiləri də sanitar-dezinfeksiya işlərinə cəlb olunmuşdur. Onların birgə səyləri ilə şəhərin prospekt, küçə və səkiləri, park və meydanları, çoxmənzilli yaşayış binalarının həyətləri, binaların girişləri, ümumtəhsil məktəbləri, körpələr evi-uşaq bağçaları, idarə, müəssisə və təşkilatların inzibati binaları, məscidlər, banklar və iaşə obyektləri mütəmadi xüsusi dərman preparatları ilə yuyularaq dezinfeksiya olunur.

Eyni zamanda şəhərin girişi, prospekt və küçələri xüsusi ayrılmış maşınla yuyularaq dezinfeksiya edilir.

Şəhər və kəndlərarası ictimai nəqliyyat vasitələri də gündəlik dezinfeksiya olunandan sonra xəttə buraxılır.

Rayon İcra Hakimiyyəti başçısının tapşırığı ilə RİHB-nın şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri və bələdiyyələr tərəfindən sakinlərlə mütəmadi olaraq Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri, koronavirus xəstəliyinin simptomları və onun yayılmasının qarşısının alınması yollarına dair məlumatlandırma, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi riayət etmələri barədə təbliğat işləri aparılır.

Astarada koronavirusla mübarizə tədbirləri mütəmadi olaraq davam etdirilir.

Astarainfo.az