Azərbaycanda karantin elan olunandan əksər qurum və müəssisələr demək olar ki, fəaliyyətini dayandırıb. Bəzi qurumların, əsasən də məhkəmələrin işlərini hansı qaydada davam etdirməsi sual altındadır. Görəsən karantin dövrü məhkəmələrin fəaliyyətinə necə təsir edib.
Məsələ ilə bağlı hüquqşünas Əkrəm Həsənov Yeniavaz.com-a açıqlama verib. 
“Ali Məhkəmə Novruz bayramından öncə tövsiyyə etdi ki, təcili olmayan məhkəmə prosesləri aprelin 20-dən başlayaraq davam etsin. Buna görə də əksər məhkəmə işləri ayın 20-dən davam edəcək. Məhkəmə prosesləri hələ ki yoxdur. Təcili işlər də ayın 6-dan davam edəcək və əyani keçiriləcək. Ümumiyyətlə hər məhkəmə işi təxirə salıb salmamağı özü müəyyən edəcək. Ayın 6-dan etibarən cinayət işlərinə baxılacaq. Digər mülki,inzibati və kommersiya məsələləri ilə bağlı olan məhkəmə işləri aprelin 20-dən davam edəcək”.
O karantin müddəti davam edərsə, məhkəmə proseslərinin necə həyata keçiriləcəyinə də aydınlıq gətirib: “Bu virus yəqin ki, aprelin 20-də bitməyəcək. Məhkəmə prosesləri bir sıra xarici ölkələrdə elektron qaydada aparılır. Amma bizdə hələ ki, belə bir imkan yoxdur. Hazırda üzərində iş gedir”.

Astarainfo.az