Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi 17 ünvanında çoxmərtəbəli yaşayış binasında baş verən yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Yeniavaz.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat verib.

***        10:38
Bakıda Xətai rayonu, S.Vəzirov  küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın olub. 

Yeniavaz.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, “112” qaynar telefon xəttinə, Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov  küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Astarainfo.az