Astarainfo.az-ın xəbərinə görə, bu barədə “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini İlham Mirzəliyev bildirib.
O qeyd edib ki, Baş nazirin tapşırığına əsasən, yaşayış binaları aprelin 25-nə qədər istiliklə təmin olunacaq: “Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına əsasən insanlar evdə olduğu üçün bu tapşırıq verilib. Hava hazırda o qədər də isti olmadığından temperatur rejimini tənzimləmək və insanların rahatlığı üçün binaların istiliklə təmin olunmasının aprelin 25-nə qədər uzadılması məqsədəuyğun hesab edilib”.
Qeyd edək ki, istilik mövsümü aprelin 15-də başa çatırdı.