Çadın paytaxtı Ncamenada raket qəzası baş verib, ölən və yaralananlar var.
Astarainfo.az
 xarici KİV-ə istinadla Çadda SU-25  savaş təyyarəsindən səhvən atılan raket yaşayış evinə dəyib. Hadisə nəticəsində 2-si uşaq olmaqla, 4 nəfər ölüb, 2 nəfər də yaralanıb. Çadın Müdafiə Nazirliyindən verilən açıqlamada raketin səhvən düşdüyü evin Mahamata Salaha adlı generala aid olduğu bildirilib.
Hadisənin görüntüləri kameralar tərəfindən qeyd edilib.