ABŞ-ın Xəstəliklərinə Nəzarət və Profilaktika Mərkəzi (CDC) koronavirusun ikinci dalğasının birincisindən daha çox ölümcül ola biləcəyini açıqlayıb.
Astarainfo.az
 xəbər verir ki, bu barədə “CDC”nin direktoru Robert Redfild “Washington Post” qəzetinə açıqlamasında qarşıdan gələn aylarda başlaması gözlənilən koronavirusun ikinci dalğasının hazırkı epidemiyadan daha ölümcül ola biləcəyini bildirib: “Növbəti qış aylarının əvvəlki aylara nisbətən daha çətin olacağı ehtimal olunur. İkinci dalğanın qrip mövsümünə təsadüf etməsi mümkündür.
Mən deyəndə buna heç kim inanmır. Amma, eyni dövrdə iki respirator xəstəlik ilə qarşılaşmaq səhiyyə sistemimizə kəskin ziyan vura bilər”.
Redfild eyni zamanda hökumətin önümüzdəki də aylarda ən pis ssenariyə hazırlaşmalı olduğunu vurğulayıb: “Komendant saatını ləğv etdikdən sonra səlahiyyətli şəxslər sosial məsafənin və əl yumanın vacibliyini bir daha xatırlatmalıdırlar”.