Ukrayna Ali Radasınının deputatı Darya Volodina özünün “Facebook” səhifəsində Ukrayna Xarici İşlər Nazirliyinin qondarma “erməni soyqırımı”nın 105 illiyi ərəfəsində dövlət orqanlarının nümayəndələrinə göndərdiyi məktubun fotosunu paylaşıb.
Yeniavaz.com
 xəbər verir ki, Xarici İşlər Nazirinin müavini Vasili Bodnarın imzası ilə göndərilən məktubda Ukraynanın “erməni soyqırımı”nı tanımadığı bildirilir. 
Ukrayna Xarici İşlər Nazirliyinin məktubunda dövlət orqanlarında çalışan şəxslərdən “erməni soyqırımı” ifadəsini işlətməmələri istənilir. Məktubda bildirilir ki, Ukrayna “24 aprel 1915-ci ildə Osmanlı İmperiyasında baş verən faciəli hadisələr” ifadəsindən istifadə edir.
Məktubda qeyd olunur ki, Osmanlı İmperiyasının erməni əhalisi ilə baş verən hadisələr 9 dekabr 1948-ci ildə BMT tərəfindən qəbul edilən soyqırım termini tərifinə (hər hansı bir milli, etnik, irqi və ya dini qrupu tamamilə və ya qismən məhv etmək niyyəti ilə edilən hərəkətlər) daxil edilmir.
Xarici İşlər Nazirliyi həmçinin xatıraladır Ermənistanın Rusiyanın xarici siyasətini dəstəkləyərək beynəlxalq təşkilatlarda Ukrayna üçün vacib olan qətnamələrə qarşı səs verir. 
Məktunda daha sonra qeyd edilir ki, “erməni soyqırımı” məsələsi Ukraynanın strateji tərəfdaşı – Türkiyə üçün həssasdır və bunu tarixçilər həll etməlidirlər.
Daha sonra Ukrayna rəsmilərindən – məktubunu alanlardan qondarma “erməni soyqırımı”nın 105 illiyinin anım tədbirlərində iştirak etməmələrini və “erməni soyqırımı” terminini istifadə etməmələrini xahiş edilir.

Astarainfo.az