Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp aprelin 25-də sovet və amerikan əsgərlərinin Elba çayı üzərindəki zədələnmiş körpüdə tarixi görüşünün 75 illiyi münasibətilə birgə bəyanatla çıxış ediblər.

Bəyanatda bu hadisənin nasist rejimin həlledici məğlubiyyətinin ilk xəbərçisi olduğu bildirilib: “Elbadakı görüş 1942-ci ilin Birləşmiş Millətlər Deklarasiyası çərçivəsində bir çox ölkələrin və xalqların nəhəng səylərinin kuliminasiyası idi. Bu birgə mübarizə hərbi əməliyyatlarda milyonlarla əsgərin, dənizçinin və mülki əhalinin qurban edilməsini tələb edirdi. “Elbanın ruhu” ölkələrimizin ziddiyyəti bir kənara qoya bilməsinə, ümumi məqsəd üçün əməkdaşlıq və inam qurmasına nümunədir. Bu gün XXI əsrin daha ciddi çağırışları ilə mübarizə apararaq faşizmi məğlub etmək üçün birlikdə mübarizə aparanların hamısının şücaətinə və cəsarətinə hörmətlə yanaşırıq. Onların qəhrəmanlığı heç vaxt unudulmayacaq”. //APA