PKK Suriyanın Afrin bölgəsində terror aktı törədib.
Yeniavaz.com İHA-ya istinadla xəbər verir ki, PKK-nın Suriyada bomba yüklənmiş avtomobili partlatması nəticəsində 11-i uşaq olmaqla 40 nəfər dünyasını dəyişib, 47 nəfər isə yaralanıb. Verilən məlumatlara görə, terror təşkilatının partlatdığı avtomobil ətrafdakı digər minik avtomobillərinin içərisində sərnişin və sürücülərlə birgə yanmasına səbəb olub.
Təhlükəsizlik kameraları tərəfindən anbaan qeyd edilən həmin görüntüləri təqdim edirik: