Astara Rayon Gənclər və İdman İdarəsi, Astara Rayon Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə yeniyetmə və gənclər arasında “Evdə qal, sehirli fırçanı işə sal” mövzusunda onlayn rəsm müsabiqəsi keçirilib.
Astarainfo.az xəbər verir ki, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına müvafiq olaraq müsabiqənin keçirilməsində məqsəd istedadlı gənc rəssamları üzə çıxarmaq, yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili və onlar arasında sağlam həyat tərzini təbliğ etməkdir.
Səkkiz gün davam edən onlayn müsabiqədə rayonun ümumtəhsil məktəblərini və Astara Rayon Dövlət Rəsm Qalereyasını təmsil edən 29 gəncin çəkdiyi rəsmlər münsiflər heyəti tərəfindən qiymətləndirilib.
Müsabiqənin yekun nəticələrinə əsasən, Aysun Hüseynzadə birinci, İlahə Ağacanova ikinci, Yədulla Hacızadə üçüncü yerləri tutublar.
Qaliblər Rayon Gənclər və İdman İdarəsinin diplomlarına layiq görülüblər.
Astarainfo.az