İranın paytaxtı Tehranda 5.1 bal gücündə güclü zəlzələ baş verib.
Astarainfo.az xəbər verir ki, bu barədə Tehran Universiteti Seysmoloji Mərkəzi məlumat yayıb. Məlumata görə, zəlzələ yerli vaxtla saat 00.48-də Tehranın Demavand şəhərində 7 kilometr dərinlikdə baş verib. Hadisə nəticəsində 1 nəfərin öldüyü və 11 nəfərin yaralandığı bildirilib.
Zəlzələ Qum, Əlburz və Qəzvin şəhərlərində hiss olunub.