İranda ötən sutka ərzində daha 1 958 nəfər koronavirusa (COVID-19) yoluxub.
Bu barədə Trend İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinə istinadən məlumat verib.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Kiyanuş Cahanpurun sözlərinə görə, beləliklə 19 fevraldan bu günədək İranda bu virusa yoluxanların sayı 112 725 nəfərə yüksəlib. Onlardan 2 735 nəfərin vəziyyəti ağırdır.
Nazirlik rəsmisi əlavə edib ki, ötən 24 saat ərzində daha 50 nəfərin koronavirus nəticəsində ölməsi ilə indiyədək bu virusdan ölənlərin sayı 6 783 nəfərə çatıb.
Cahanpur İranda indiyədək 89 428 nəfərin koronavirusdan sağaldığını deyib.
İranda koronavirusun diaqnozu ilə əlaqədar 629 mindən çox test həyata keçirilib.
Astarainfo.az