“Ölkə üzrə deputatların sayının azaldılmasını təklif edirəm. Beləliklə də biz həm pula qənaət edərik, həm də sosial məsafəni təmin edərik”.
Astarainfo.az
 xəbər verir ki, bu sözləri Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski “Twitter” hesabında deyib.
O, həmçinin, ölkəyə koronavirusla bağlı vəziyyəti yaxşılaşdırmaq üçün 2-3 ildən bir seçkilərin keçirilməsini təklif edib.
Qeyd edək ki, hər il sentyabrın ikinci bazar günü Rusiyada vahid səsvermə günü təşkil olunur və həmin tarixdə federal, yerli seçkili orqanların üzvləri seçilir.