“ABŞ və Braziliya koronavirus epidemiyasını və ona qarşı olan xəbərdarlıqları nəzərə almadıqları üçün ən çox təsirlənən ölkələrdən oldu”.
Astarainfo.az xəbər verir ki, bu sözləri ÜST təmsilçisi Marqarit Harriz videokonfrans zamanı bildirib. Onun sözlərinə görə, ABŞ və Braziliyanın epidemiyaya qarşı olan səhlənkarlığı hazırda onların ən çox əziyyət çəkən ölkələr arasında olmasına gətirib çıxardıb.
ÜST rəsmisi Braziliya prezidenti haqqında da sərt danışaraq bildirib ki, o da xəstəliyi ilk vaxtlar sadəcə bir qrip kimi qiymətləndirmişdi. Ona görə də indi ölkə koronavirus sıralamasında 7-ci yerdə durur. M. Harriz eyni zamanda ABŞ prezidenti Donald Trampın da virusun yayılmağa başladığı gündən məsələyə səthi yanaşdığını bildirib.
Hazırda ABŞ-da 1 milyon 385 min 834 yoluxma, 81 min 795 ölüm faktı qeydə alınıb. Brazilyada isə 169 min 594 koronavirusa yoluxma, 11 min 653 ölüm faktı qeydə alınıb.