Astara rayonunda koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirləri ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə tam riayət olunmaqla “Biz bir yerdə güclüyük!” devizi ilə keçirilən sosial aksiyası çərçivəsində aztəminatlı ailələrə yardım aksiyası davam edir.
Astarainfo.az xəbər verir ki, aksiya çərçivəsində Astara Rayon Mədəniyyət Mərkəzinin Çayoba Kənd Folklor Evinin işçiləri tənha yaşayan, yaşı 65-dən yuxarı olanlara, sosial dəstəyə ehtiyacı olan mədəniyyət işçilərinə və aztəminatlı ailələrə ərzaq bağlamaları və tibbi ləvazimatlar paylayıblar.
Aksiyadan yararlanan insanlar ölkəmizdə koronavirus infeksiyası ilə mübarizə tədbirlərinin yüksək səviyyədə təşkil olunduğunu qeyd edərək onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Astarainfo.az