Bir neçə gündür Astara rayonunun çay plantasiyalarında birinci çay yığımına başlanılıb.
Astarainfo.az xəbər verir ki, builki yaz mövsümündə havaların yağmurlu keçməsi çay yığımını bir qədər ləngitsə də, məhsuldarlığa müsbət təsir göstərib. Plantasiyalarda bol məhsul var.
Yığım kampaniyasını yüksək keyfiyyətlə və optimal müddətdə başa vurmaq üçün çayçılıqla məşğul olan fermerlər və məhsul istehsalçıları bütün qüvvələri səfərbərliyə alıblar.
Birinci çay yığımı daha diqqət tələb edir, bu dövrdə ən yüksək keyfiyyətli yaşıl çay yarpağı yığılır. Qısa müddətdə plantasiyalardan 25 ton 350 kiloqram yaşıl çay yarpağı toplanılıb.
Qeyd edək ki, ötən il Astara rayonunda 137 hektar məhsuldar çay sahəsindən 583,3 ton yaşıl çay yarpağı yığılıb. Bu il bu rəqəmin 600 tona çatdırılması nəzərdə tutulub.
Astarainfo.az