“Sərhədlərin açılması və uçuşların bərpası ilə bağlı xüsusi proqram hazırlanır”.
Astarainfo.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib. Onun sözlərinə görə, hazırlanan xüsusi proqramda hansı ölkələrlə, nə zaman hansı qrafiklə sərhədlərin açılması məsələsi əksini tapacaq. O həmçinin qeyd edib ki, ilk uçuş da Naxçıvana təşkil olunacaq. İ Məmmədov bu proqramın hazırlanma prosesinin iyunun 15-dək uzanacağının gözlənildiyini deyib.